27 Aprel, 2011
Eldar və Nigarın Kiyev səfəri

Ukraynada səfərdə olan “Eurovision-2011” təmsilçilərimiz maraqlı görüşlər keçiriblər

Promo-tur çərçivəsində hazırda Ukraynada səfərdə olan “Eurovision-2011” təmsilçilərimiz maraqlı görüşlər keçiriblər.

Simsar.az-ın müğənnilərin rəsmi saytına istinadən məlumatına görə, onlar Ukrayna və İngiltərə təmsilçiləri ilə birlikdə möhtəşəm ziyafətdə iştirak ediblər, daha sonra Kiyev küçələrini gəzib-dolaşıblar. Bundan başqa, təmsilçilərimiz avstriyalı Nadin Beylerlə parkda görüşüblər, moldovalı rok-qrup “Zdob şi Zdub” ilə nahar yeməyinə çıxıblar, Fransanın “Eurovision-2011” təmsilçisi Amori Vasili ilə birlikdə məşq ediblər. 


Axşam isə Ukraynanın birinci kanalında “Blue” qrupu ilə birlikdə şou-proqramların birində qonaq olublar.

Eldarla Nigar minlərlə insan qarşısında böyük konsert proqramı ilə çıxış ediblər. Ukrayna bayraqlarının arasında Azərbaycan bayraqları da olub. Həmyerlilərimiz, gənc tələbələr təmsilçiləri dəstəkləyəcəklərini bildiriblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!