27 Aprel, 2011
Əhmədinejad daxili işlər nazirinin istefasını tələb edir

İran prezidenti Mahmud Əhmədinejad daxili işlər naziri Mustafa Məhəmməd Nacardan istefa verməsini tələb edib

Simsar.az İran KİV-nə istinadən verdiyi məlumata görə, nazir prezidentin ona təklif etdiyi nativ vəzifələrdən heç birini bəyənməyib və bu üzdən hələ ki öz postunda qalır.
Qeyd edək ki, Məhəmməd Nacar İranın dini lideri Əyatollah Xameneiyə yaxın şəxslərdən sayılır. Son zamanlar dini liderlə Əhmədinejad arasında münasibətlərin pozulduğuna dair məlumatlar isə səngimir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!