12 Yanvar, 2015
10 ildən sonra "Leyli və Məcnun" kimi səhəyə çıxacaqlar - FOTO

Simsar.az xəbər verir ki,  2005-ci ildə  Muğam televiziya müsabiqəsinin laureatları olmuş xanəndələr Arzu Əliyeva ilə Elnur Zeynalov 18 yanvar tarixində  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsinə ilk dəfə "Leyli və Məcnun" kimi çıxacaqlar.

Librettosu dahi Üzeyir Hacıbəyliyə məxsus olan üç pərdəli operanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.

Səhnəyə qoyulmasından 107 il ötən operanın quruluşçu ressamı Rafiz Ismayilov (xalq rəssamı, dövlət mükafati laureatı)

xormeysteri Sevzixan Serderov,

baletmeysteri əməkdar incəsənət xadimi Yulana Əlikişizadədir.

Əməkdar artist İsmayıl Ələkbərovun idarə edəcəyi tamaşada

Nofəl obrazını Cahangir Qurbanov,

İbn-Salamı əməkdar artist Təyyar Bayramov,

Leylinin anasını Aytən Məhərrəmova,

Leylinin atasını əməkdar artist Nizami Bağırov canlandıracaq.

Tamaşanın dirijoru əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Məlumunuz olsun ki, Arzu və Elnur həm də  teatrın solistləri kimi fəaliyyət göstərirlər.

Şahin Cavadsoy

Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!