27 Aprel, 2011
Sehrə salan simlər

Ənənəvi musiqi fərqli təqdimatda

Gitaraçılardan ibarət “Sehrli simlər” ansamblının aprelin 27-də Kapellhausda keçirilən konserti anşlaqla keçib. Ansambl yeddi ildi fəaliyyət göstərir. Bədii rəhbəri Elmar Sultanovdu. 

Yerli və dünya bəstəkarlarının əsərlərini qitara üçün kollektiv özü işləyir. Yetirmələri əsasən, məktəb yaşlı uşaqlardan ibarətdi. Ansambl milli və dünya musiqisini fərqli traktovkada çatdırır. Repertuara Ü. Hacıbəyovun, Diabellinin, Motsartın, Baxın, Nino Rotanın, S. Ələsgərovun, E. Sabitoğlunun və başqa bəstəkarların əsərləri daxildi.

Mahir

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!