27 Aprel, 2011
Erməni silahları susmur

Yenə İcevan-Qazax 

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 26-da saat 21.00-dan 21.10-dək Ermənistan Respublikasının İcevan rayonunun Vozaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. 

Saat 10.00-dan 10.10-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərinə avtomat və pulemyotlardan atəş açıblar.

Düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.




Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!