27 Aprel, 2011
Jurnalistlər yoxa çıxdı

Müharibələr KİV nümayəndələrini udur

Liviyadakı prosesləri işıqlandıran 16 jurnalist ya hakimiyyət tərəfindən həbs olunub, ya da itkin düşüb. 

Simsar.az-ın “newsru.com” saytına istinadən verdiyi məlumata görə, bunu mərkəzi qərargahı Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi bəyan edib. 

Həbsxanada saxlanılanlar arasında 3 amerikalı – fotoqraf Ceyms Foli, qəzet jurnalistləri Kler Morqan Cillis və Mettyu Vandayk var. Bu jurnalistlər Tripolidə həbsxanada saxlanılırlar. Bu jurnalistlər dövrü olaraq qohumlarına zəng açır, sağ olduqlarını, yaxşı şəraitdə saxlanıldıqlarını bildirirlər.

Liviya hakimiyyəti əsasən xarici ölkə jurnalistlərini həbs edir və bir müddət sonra azadlığa buraxır. Həbsxanaya düşən jurnalistlərin də qohumlarına zəng etmək imkanı var. Ancaq 6 liviyalı jurnalistdən heç bir xəbər yoxdur və ona görə də 6 jurnalist itkin düşmüş sayılır.

Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, 2011-ci ilin ötən dövrü ərzində dünyada 11 jurnalist həyatını itirib. Jurnalistlər üçün ən təhlükəli məkan hazırda döyüşlərin getdiyi Liviyadır. Bu ölkədə 4 jurnalist öldürülüb. Bu il 3 jurnalist İraqda, 2 jurnalist Bəhreyndə öldürülüb. Meksika, Misir, Tunis, Pakistan, Vyetnam, Yəmən və Filippində isə 1 jurnalist həyatını itirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!