26 Aprel, 2011
Azərbaycan həmkarları ilə Rusiya həmkarları arasında müqavilə imzalandı

Hər iki ölkədə olan işçilərin müdafiəsi şəffaf müstəviyə keçir

Azərbaycan Həmkarlar İttifaqı Konfedrasiyasından Simsar.az saytına verilən məlumata görə, bu gün
Azərbaycan Həmkarlar İttifaqı Konfedrasiyası ilə Rusiya Müstəqil Həmkarlar İttifaqı Federasiyası arasında işçi miqrantların müdafiəsi üzrə ikitərəfli müqavilə imzalanıb. Müqaviləyə Azərbaycan tərəfdən konfedrasiyanın sədri Səttar Mehbalıyev, Rusiya tərəfindən isə federasiya sədri Mixail Şmakov imza atıb.

Aynurə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!