8 Yanvar, 2015
Bill Qeyts nəcis suyu içdi - VİDEO

“Microsoft” şirkətindən təqaüdə ayrılan Bill Qeyts həyat yoldaşı ilə birgə xeyiriyyə dərnəyi qurmağa qərar vermişdi. Lakin zəngin təqaüdçünün adı yenidən texnoloji layihələrdə hallanmağa başlayıb.

Simsar.az xarici KİV-ə istinadən məlumat verir ki, Qeyts “Janicki Bioenergy” şirkəti tərəfindən inkişaf etdirilən çirkab sularının içmə suyuna çevirən “Omniprosessor” adlı qurğunun layihəsinə dəstək olub.  Qeyts qurğunun reklam çarxında çirkab suyu içir.

Qurğu isə çirkab-nəcis sularından elektrik və təmiz su hazırlayır. Bir çox Avropa ölkələrində istifadə edilən qurğudan ifrastrukturu olmayan ölkələrdə tanıdılması planlaşdırılır.

Dünyada 2 milyard əhalinin təmiz su ilə birbaşa təmas qura bilməməsini nəzərə alan alimlər bu layihəni yüksək qiymətləndiriblər. Layihə ilk dəfə Seneqalda sınaqdan keçiriləcək.

 

Simsar


Janicki Omniprocessor paylaşan: SimsarTV

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!