26 Aprel, 2011
TƏHSİL NAZİRLİYİNİN DAHA BİR KOLLECİ BAĞLAMASI XƏBƏRİ

Simsar.az-a daxil olan məlumatı bütün tərəflərlə araşdırmağa çalışsa da...

Baki Biznes və Kooperasiya Kollecinə qəbul dayandırılıb. Kollecin tələbələrindən birinin simsar.az-a veridiy məlumata görə, təhsil müəssisəsində Təhsil Nazirliyinini nümayəndəsinin yoxlamalarından sonra bildirilib ki, bu ildən kollecə qəbul qanunsuz hesab olunacaq. Kollecin adı “Abiturient” jurnallarından çıxarılıb. 
Məzunlar kollecə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının hazırladığı test sualları əsasında imtahan verib və qəbul olublar.
Kollec Azər ittifaqın nəzdində fəalliyyət göstərir.
Simsar. az informasiyanın nə qədər həqiqətə yaxın olduğunu aydınlaşdırmağa çalışıb.
Baki Biznes və Kooperasiya Kollecinin şöbə müdiri Ramiz Həmidov əməkdaşımızın sualını eşidəndən sonra “belə bir xəbər yayılmayıb” deyərək, telefonu qapadıb.
Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə də məsələdən xəbərsiz olduğunu deyib: “Sabah bu işlə məşğul olduqdan sonra sizə geniş məlumat verə biləəm”.
Azəri ittifaqın rəhbəri, millət vəkili Eldar Quliyev isə bir qədər ətraflı danışmağa çalışıb: “Bu məsələ ilə bağlı Təhsil Nazirliyi və Nazirlər Kabineti məşğul olur. Hər bir universitet və kollec də ildə iki dəfə öz sifarişlərini bu qurumlara göndərir. Birinci universitetlər, daha sonra kolleclər öz sifarişlərini verə bilər. “Abiturient” jurnalı çıxmayana qədər kollecə qəbulun dayandırılması haqqında xəbərlər yalandır. Jurnal çıxandan sonra bu, məlum olacaq” .

Aynurə Həsənova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!