7 Yanvar, 2015
Rusiyada möhtəşəm təbiət hadisəsi - VİDEO

Murmansk vilayətinin sakinləri qeyri-adi və möhtəşəm təbiət hadisəsi olan “şimal şəfəqi”ni görə biliblər.

Simsar.az-ın "RT"yə istinadən verdiyi məlumata görə, fotoqraf Valentin Jıqanov, hətta bu kadrları çəkə bilmək üçün bir neçə saatını şaxtada keçirməli olub. Bu qeyri-adi təbiət hadisəsinə Kareliya və Leninqrad vilayətlərinin sakinləri də yanvarın 5-i şahidlik etmişdilər.

Qeyd edək ki, qütb şəfəqi yüksək gərginlikli Günəş küləyi hissəciklərinin Yerin maqnit sahəsi ilə qarşılıqlı təsiri nəticəsində yaranır. Günəş küləyi hissəciklərinin Yerin atmosferinə düşməsinin intensivliyi isə Günəşin fəallığı ilə bağlıdır, buna görə də “şimal şəfəqi” çox vaxt Günəşdə maqnit qasırğasının olduğu vaxta təsadüf edir. Bu cür reaksiyalar, adətən, Yerdən 80 və 643 kilometr yüksəklikdə baş verir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!