26 Aprel, 2011
Tələbə olmaq istəyən Olimpiya qalibləri neyləsin?

TQDK yol göstərir

Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaq bu abituriyentlər sənədlərini TQDK-ya təqdim etməlidirlər 

“Təhsil haqqında” qanununun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların (Müsabiqədənkənar qəbul olmağa əsas verən beynəlxalq müsabiqə və yarışların siyahısı) qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, bununla bağlı bu kateqoriyadan olan abituriyentlər sənədləri 27 aprel -31 may tarixlərində TQDK-ya və ya TQDK-nın regional bölməsinə (Naxçıvan, Gəncə, Quba, Lənkəran, Şəki) təqdim etməlidirlər. 

Bu sənədlərə ümumi qaydada müvafiq SQK-da təsdiq olunmuş “Abituriyent ərizəsi” formasının surəti, müvafiq nailiyyətləri təsdiq edən sənədlərin əslini və surətini - diplom və fərdi proqram üzrə iştirakçı ölkələrin sayı göstərilən protokol daxildir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!