5 Yanvar, 2015
Bir balıq 37 min dollara satıldı

Yaponiyada nəhəng tunes balığı hərracda 37 min dollara satılıb.

Simsar.az xəbər verir ki, 180 kiloqramlıq balıq Tokionun Sukidzi bazarında ənənəvi yeni il hərracı zamanı satılıb.

Böyük mavi tunesi iri restoranlar şəbəkəsinin sahibi Kiyoşi Kimura alıb.

Kimuranın sözlərinə görə, o "belə bir lotun bu qədər aşağı qiymətə alınmasına məəttəl qalıb".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!