26 Aprel, 2011
MÜXALİFƏT GƏZİNTİYƏ ÇIXMAQ İSTƏYİR, MİTİNQƏ YOX

Müsavatçının təklifi İctimai Palatada müzakirə ediləcək

Tofiq Yaqublu: «Gərginliyi aradan qaldırmaq və fasilə vermək üçün bu kimi tədbirlər keçirilməlidir»


«İctimai Palata kütləvi gəzintilər barədə qərar verməlidir. Bunu təklif kimi irəli sürmüşəm və təklifimin üstündə qalıram. Hesab edirəm ki, gərginliyi aradan qaldırmaq və fasilə vermək üçün bu kimi tədbirlər keçirilməlidir. Amma təklifim hələ ki, İctimai Palatanın rəhbərliyi tərəfindən qəbul olunmayıb».

Bunu Simsar.az-a açıqlamasında Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu bildirib. Onun sözlərinə görə, kütləvi gəzinti olsa, bunun effektivliyi də ola bilər.

T.Yaqublu onu da qeyd etdi ki, aprelin 28-i İctimai Palatanın toplantısı olacaq və orada növbəti addımlarla bağlı qərar qəbul ediləcək.

RUSLAN


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!