26 Aprel, 2011
Mədəniyyətimizi dünyaya tanıdan daha bir fakt

Malyuskaların toplandığı muzeyin direktoru sərgiyə qatılır

“Rinay” Malakofauna Muzeyinin eksponatları Berilndə sərgilənəcək. Bu barədə simsar.az-a muzeyin direktoru Tofiq Qarayev məlumat verib. Sərginin mayda nümayiş olunacağı nəzərdə tutulur. Direktorun sözlərinə görə, təşkilatçılar Almaniyanın Azərbaycandakı səfiriliyi, Mədəniyyət və Turizm Naziriliyidir: “Sərgi Berlindəki Azərbaycan evində təşkil olunacaq. Mayın 20-22-də Almaniyaya gedəcəm. Əslində mayın 10-a dəvət etmişdilər, sadəcə, hazır olmadığım üçün getmədim. Ola bilsin sərgi ayın 23-ü Beynəlxalq muzeylər günündə, ya da 28-i Azərbacanın müstəqillik günündə keçirilsin”.

“Rinay” Malakofauna Muzeyi dünyada malyuskalar toplanan yeganə şəxsi muzeydir. Burada beş qitədən gətirilmiş müxtəlif malyuskalar saxlanılır. Kolleksiyada müxtəlif okean, dəniz və göllərindən tapılmış, həmçinin yerüstü fauna malyuskaları var. Muzeydə 2 mln. il bundan öncə Ağcaqıl və Abşeron paleodənizlərində mövcud olan şirin su malyuska qabıqlarına həsr edilmiş stendlər də təqdim olunur.

İndiyə qədər muzeyi müxtəlif beynəlxalq sərgilərdə iştirak edib. Eksponatların bəzi nümunələri Avstraliya, Argentina, İndoneziya milli muzeylərində nümayiş etdirilir.

Arifə Mikayılova




Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!