31 Dekabr, 2014
Öcalanın yaxın adamı öldü

PKK lideri Abdullah Öcalanın çağırışı ilə Türkiyəyə gələn və 2010-cü ildə 14 il həbs cəzası verilən 62 yaşlı Lütfü Taş həbsxanada ölüb.

Simsar.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Lütfü Taş Diyarbakır D Tipi Qapalı Həbsxanasında keçirdiyi infarkt nəticəsində dünyasını dəyişib.

Onun cəsədi İstanbulda yaşayan ailəsinə göndərilib. .

Türkiyə səlahiyyətlilərinin verdiyi açıqlamada isə deyilir ki, Lütfü Taş xəstəxanaya çatdırılsa da ionun həyatını xilas etmək mümkün olmayıb.

Lütfü Taş Öcalan həbsə alınana qədər PKK terror təşkilatında əsas söz sahiblərindən biri olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!