30 Dekabr, 2014
Baş nazirin oğlu yaralandı

İsrailin baş naziri Benyamin Netanyahunun oğlu hərbi xidmət zamanı yaralanıb.

Simsar.az-ın məlumatına görə, baş nazirin oğlu Avner Netanyahu təlim zamanı güllə yarası alıb.

İsrail Ordusunun mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir ki, yüngül güllə yarası alan Avner Netanyahuya ilk tibbi yardım göstərilib. Onun sağlamlığında ciddi problem yoxdur.

Avnerin hərbi xidmətə davam edib-etməyəcəyi ilə bağlı hələlik heç bir açıqlama verilmir. İsrail mətbuatında yayılan bəzi xəbərlərə görə, A.Netanyahu xəstəxanaada müalicə aldıqdan sonra evə gedib.

A.Netanyahunun hansı şəraitdə yaralandığı açıqlanmır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!