30 Dekabr, 2014
ABŞ terrorçuların liderlərindən birini öldürdü

"Aş-Şabab" terrorçu qruplaşmasının kəşfiyyat başçısı ABŞ-ın aviazərbələri nəticəsində məhv edilib.

Simsar.az-ın məlumatına görə, bu haqda Somali hökumətinə istinadən Agence France-Presse xəbər verib.

"Somalinin və ABŞ-ın milli təhlükəsizlik agentlikləri tərəfindən keçirilmiş birgə əməliyyatın gedişatında "Aş-Şabab" kəşfiyyatının başçısı Abdişakur məhv edilib, o həmçinin Taxlil adı ilə də məşhur idi", - deyə xəbərdə bildirilir.

Qeyd edək ki, bir müddət əvvəl bildirilirdi ki, Somalidə ABŞ-ın aviazərbələri nəticəsində "Aş-Şabab" terrorçu qruplaşmasının ali liderlərindən biri öldürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!