30 Dekabr, 2014
"Barselona"ya şok yaşatdılar

İspaniyanın və dünyanın ən nüfuzlu klublarından olan "Barselona"nın etirazı rədd edilib.

Simsar.az-ın məlumatına görə, FİFA tərəfindən Kataloniya təmsilçisinə 2 transfer dövrü üçün qadağa qərarı verilmişdi. İspan klubu isə bu qərara etiraz etmək üçün Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.

Ancaq CAS-ın verdiyi qərar "Barselona"nı şoka salıb. Beləliklədə, "Barselon"ya verilən 18 yaşdan kiçik oyunçuların transferində qanunsuz əməllərinə görə 2 transfer dövrü üçün qadağa və 370 min avro pul cəzası öz qüvvəsində qalıb.

Qeyd edək ki, bu qərara əsasən, "Barselona" 2016-ci ilin qış transfer dövrünə qədər transfer həyata keçirə bilməyəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!