30 Dekabr, 2014
Prezident Milli Məclisin sədrinə “Şərəf” ordenini təqdim edib

Azərbaycan prezidenti İlham Əliyev bu gün Milli Məclisin sədri Oqtay Əsədovu qəbul edib.

APA-nın məlumatına görə, bunu O. Əsədov özü parlamentin bu gün keçirilən iclasında deyib. O bildirib ki, prezident “Şərəf” ordenini ona təqdim edib: “Prezident söhbət əsnasında uğurlar arzuladı və xahiş etdi ki, onun qarşıdan gələn Həmrəylik Günü və Yeni il münasibətilə təbrikini Milli Məclis üzvlərinə çatdırım”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!