30 Dekabr, 2014
Söyüşcül prezidentə QADAĞA

Çexiya prezidenti Milos Zemanın bir müddətdir dövlət radiosunda yayımlanan söhbət proqramı bağlanıb.

Simsar.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb prezidentin canlı yayımda söhbət zamanı söyüşlərdən istifadə etməsi olub. Radionun rəhbəri Peter Duhan prezidentə yazdığı məktubda, işlədilən söyüşləri montaj edə bilmək üçün verilişi canlı yayımla yox, qeydə alıb sonradan efirə verməyi təklif edib. Prezident isə bunun senzura olduğunu deyincə, dövlət radiosu verilişin, ümumiyyətlə, bağlanmasına qərar verib.

Prezident Milos Zeman isə bundan sonra ona yeni veriliş təklif edən özəl bir radionun təklifini qəbul edib.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!