30 Dekabr, 2014
ABŞ bu dəfə Somalini vurdu – Hava hücumu

ABŞ ordusunun Somalidə Şəbab təşkilatının liderini məhv etmək üçün hava hücumu təşkil etdiyi bildirilib.

Simsar.az xəbər verir ki, Pentaqon sözçüsü Con Kirbi ABŞ ordusunun bu gün Somaliyə zərbə endirdiyi barədə açıqlama verib. Onun sözlərinə görə, Şəbab təşkilatına qarşı hava hücumunun əsas hədəfində təşkilatın ən mühüm siması və lideri dayanır”.

Kirbi bu dəqiqəyə qədər Somalidə əhali arasında hər hansı bir itkinin olmadığını və bir qədər sonra əməliyyatın nəticələri haqqında ətraflı məlumat veriləcəyini qeyd edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!