30 Dekabr, 2014
Daha bir türk qadın “İŞİD”-ə qoşuldu – FOTO

Avstraliyanın Melburn şəhərində yaşayan 21 yaşlı Zəhra Duman, Suriyaya gedərək “İŞİD” silahlısı Mahmud Abdüllətifə ərə gedib.

Simsar.az Türkiyə mediasına istinadən xəbər verir ki, Zəhranın ailəsi qızlarının son zamanlarda dəyişdiyini, özünü qəribə apardığını bildiriblər. Ailəsi qızlarının “İŞİD”-ə qoşulub, 11 dekabrda evləndiyini isə Əbdüllatif və Duman cütlüyünün paylaşdıqları şəkillərlədən xəbər tutublar.

Qeyd edək ki, Əbdüllatif bundan öncə internetdə “Türk qadınlar çox gözəl” adlı bir səhifəni bəyənibmiş. Onun Zəhranı da məhz internet vasitəsiylə tapdığı təxmin edilir.

Vüsal Qarayev

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!