30 Dekabr, 2014
Dünya nefti yenə ucuzlaşdı

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2,09% yaxud 1,12 dollar ucuzlaşaraq 53,61 ABŞ dolları təşkil edib.

Simsar.az-ın xəbərinə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində azalma müşahidə olunub. Belə ki, "Brent"in bir bareli 2,71% və ya 1,57 dollar ucuzlaşaraq 57,88 dollara düşüb.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2014-cü il üzrə neftin orta qiymətinin 61 dollar/barel olacağı proqnozlaşdırılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!