30 Dekabr, 2014
Rüstəm Cəbrayılov kinoya addımladı

Simsar.az xəbər verir ki,“ADDIM” Gənclər Təşkilatı kinoteatrlarda film izləmə ənənəsi və mədəniyyətinin təbliği məqsədi ilə “Kinoya ADDIM-la” adlı  layihəsi çərçivəsində növbəti film nümayişini həyata  keçirilib. Layihə çərçivəsində gənclərin izlədiyi növbəti film "Ёлки 1914" olub. Tədbirin əvvəlində "Addım GənclərTəşkilatı"nın sədri Hüseyn Cavadzadə çıxış edərək gəncləri dünya azərbaycanlılarının həmrəylik günü və yeni il münasibəti ilə təbrik edib və təşkilatın 2014-cü ildəki nailiyyətlərindən danışıb. Daha sonra layihədə ənənə üzrə ulduz qonaq qismində çıxış edən tanınan model Rüstəm Cəbrayılov gənclərlə fikirlərini bölüşüb. Film nümayişindən sonra gənclər ın fotolar çəkdirib onları maraqlandıran mövzularda diskusiyalar aparıblar. Qeyd edək ki "Kinoya ADDIMla"layihəsi çərçivəsində gənclər xüsusi dəvətlərlə ən son filmləri izləmək imkanı qazanırlar.

 

Nigar Məhərrəm


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!