30 Dekabr, 2014
İŞİD-dən daha bir dəhşət

İŞİD terror qruplaşması daha bir nəfərin başını kəsib.

Simsar.az-ın məlumatına görə, İŞİD terrorçuları sehrbazlıqda günahlandırdıqları şəxsin başının kəsilməsinə dair şəkillərini yayıb.

İŞİD üzvlərinin sosial şəbəkədə yaydığı şəkillərin İraqın Səlahəddin vilayətinin Əl-Aləm qəsəbəsində çəkildiyi bildirilir.

Terror qruplaşması yaydığı məlumatda edam edilən adamın "sehrbazlıq" etdiyi üçün öldürüldüyünü bidliriblər.

Qeyd edək ki, İŞİD terror qruplaşması İraq və Suriyada etdiyi vəhşilikləri ilə bütün dünyanı şoka salıb. Terror qruplaşması on minlərlə mülki şəxsi öldürüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!