29 Dekabr, 2014
Türkiyə 131 suriyalını belə xilas etdi

Türkiyəli dənizçilər Aralıq dənizində batmaq üzrə olan, qanunsuz miqrantları daşıyan gəmidən 100-dən çox suriyalının həyatını xilas edib.

ANS TV-nin “Doğan” Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, həddən artıq yüklənmiş gəmi dənizdə tufana düşüncə, göyərtəsini su basıb və batmağa başlayıb. “SOS” siqnalına gələn Türkiyənin Sahil Mühafizə Xidmətinin gəmisi 12 qadın və 21 uşaq olmaqla 131 nəfəri təxliyyə edib.

Xilasetmə əməliyyatından sonra suriyalı miqrantlar Mersin limanına gətirilib. Burada onlara yemək verilib sonradan avtobuslara mindirilərək sığınacaqlara aparılıb.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!