29 Dekabr, 2014
İnternetin sürəti və keyfiyyəti artacaq

“Aztelekom” İB-də özəl provayderlərin, Azərbaycan İnternet Forumu və İnternet Cəmiyyətinin iştirakı ilə toplantı keçirilib.

Simsar.az xəbər verir ki, toplantıda “Aztelekom” İB tərəfindən yaradılan İntellektual İdarəetmə Mərkəzi və “Birgə əməkdaşlıq” layihəsi müzakirə edilib. Güzəştli şərtlərə kabel-kanalizasiya qurğularından və digər rabitə sistemlərindən istifadə imkanlarının da yaradıldığı diqqətə çatdırıb.

Provayderlərə kömək məqsədilə vahid servis mərkəzi yaradan "Aztelekom" bu sistemə qoşulandan sonra ölkə üzrə bütün internet istifadəçilərinə servis xidmətinin operativliyi və keyfiyyətinin xeyli artacağını vəd edib.

Tədbirdə çıxış edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz özəl provayderlərin regionlarda, xüsusən də kənddə son nöqtəyə internet xidmətləri göstərə bilməsi üçün “Aztelekom” tərəfindən ciddi təminatların yaradılmasının vacibliyini diqqətə çatdırıb. O, özəl provayderlərə “Aztelekom”un yerli qurumlarının daha həssas yanaşmasının da vacib olduğunu bildirib.

Osman Gündüz qurulacaq sistemin daha şəffaf və əlçatan olması üçün ayrıca onlayn resursun da yaradılmasının faydalı olacağını bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!