29 Dekabr, 2014
Türkiyədən Rusiya və İrana DƏSTƏK

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Suriya böhranının həllində Rusiya və İranın kənarda qalmasını dəstəkləmədiklərini açıqlayıb.

Simsar.az xəbər verir ki, Qazaxıstan Xarici İşlər naziri Yerlan İdrisov ilə görüşdən sonra mətbuat mənsublarının suallarını cavablandıran nazir Suriya məsələsində yekdil mövqenin vacibliyini vurğulayıb:

“Suriya böhranı mövzusunda Moskvada keçirilməsi planlaşdırılan danışıqlarla bağlı onu deyə bilərəm ki, Suriya Milli Koalisiyası Suriya xalqının qanuni nümayəndəsidir. Siyasi məsələnin həllində Rusiya və İran kənarda qalmamalıdır. Hər bir ölkənin siyasi dəstəyi olmalıdır. Bu səbəblə Suriya müxalifəti ilə Rusiyanın görüşməsi də təbiidir”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!