29 Dekabr, 2014
Müsəlmanlar üçün otellər tikiləcək - RUSİYADA

Rusiya Müftilər Şurasının başçısı Ravil Qynutdin ölkənin otel və turist seqmentində təqdim edilən xidmətləri tənzimləyən “halal standartları”nı təsdiqləyib.

Simsar.az-ın Musavat.com-a istinadən verdiyi məlumata görə, bu barədə Şuranın mətbuat xidmətindən bildirilib.

“Müsəlman-qonaqlara təqdim olunan nömrələr şəriət normalara uyğun olmalıdır”, - deyə Rusiyada ilk belə standartlar nəzərdə tutan sənəddə qeyd olunur.

Həmin nömrələrdə Qiblənin istiqaməti göstərilməli, otaqlarda Quran nüsxəsi, namaz xalçası və dəstəmaz üçün bardaq olmalıdır. İslam dininə etiqad edənlər həmişə rahatca halal qidalardan istifadə edə biləcəklər. O sırada həmçinin, Ramazan ayında iftar açmaq və obaşdan yemək imkanları olacaq.

Rusiyada halal standartlarına uyğun mehmanxanaların səviyyəsi “ulduzların” deyil, “ayların” sayı ilə müəyyən ediləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!