29 Dekabr, 2014
Sneyder gedir

"Qalatasaray" klubunun yarımmüdafiəçisi Uesli Sneyder qış transfer pəncərəsi dönəmində komandadan ayrılacaq.

Qol.Az-ın "Daily Express"ə istinadən verdiyi məlumata görə, hollandiyalı futbolçunun İstanbul təmsilçisindən ayrılmaq istədiyi bildirilir.

29 yaşlı futbolçu ilə "Mançester Yunayted", "Mançester Siti" və "İnter" klubları yaxından maraqlanır. Sneyderin yanvar ayından hansı komandada oynayacağı maraqla gözlənilir. Təcrübəli futbolçunun "Qalatasaray"da qalacağı da istisna olunmur.

Qeyd edək ki, "Qalatasaray"da ilinə 3,2 milyon avro qazanan Sneyderin komandasıyla 2016-cı ilə qədər müqaviləsi var.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!