29 Dekabr, 2014
Elektron turist vizası Azərbaycana yeni imkanlar açıb

Simsar.Az mct.gov.az-a istinadən xəbər verir ki, ölkəmizə gələn xarici turistlərin sayının artması, gəlmə turizminin daha da inkişafı, bu sahədə olan problemlərin həlli üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mütəmadi olaraq tədbirlər görülüb.
Azərbaycan Respublikasına viza tələb olunan ölkələrdən turizm məqsədilə gələn xarici turistlərə elektron turist vizası verilməsi məsələsinin həlli istiqamətində prezidentin müvafiq sərəncamı ilə 2013-cü ilin martından xarici turistlərə elektron turist vizalarının verilməsi tətbiq olunub.
Sistemin tətbiqi Birləmiş Millətlər Ümumdünya Turizm Təşkilatı (BMÜTT) tərəfindən də yüksək qiymətləndirilib. Ölkəmizdə elektron turist vizasının tətbiqi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm fəaliyyətinə lisenziya almış şirkətlərinin gəlmə turizm növünə marağını artırıb. Hazırda elektron turist vizasının verilməsi ilə bağlı Nazirlik tərəfindən 55 turizm şirkəti akkreditasiyadan keçib.
2013-cü il ərzində turizm şirkətləri tərəfindən elektron turist vizası vasitəsilə ölkəmizə gələn xarici turistlərin sayı 6.147 nəfər təşkil edib. 2014-cü ilin I yarımillik məlumatlarına əsasən bu rəqəm 11.933 nəfər olub.
Bu sistemin yeni olduğunu nəzərə alaraq, ildən-ilə sistem vasitəsi ilə elektron turist vizası alan xarici turistlərin sayının artacağı və gəlmə turizmin inkişaf edəcək.

Nigar

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!