29 Dekabr, 2014
Əkbər "ruhi xəstə" olan sevgilisini üzə çıxardı - FOTO - VİDEO

Simsar.az xəbər verir ki,  tanınmış estrada müğənnisi Əkbər, 2014 cü illə "Yanımdan ayrılma" mahnısına çəkdirdiyi klipi ilə vidalaşır. Sözləri Leyliyə, musiqi Hakan Erola məxsus olan bəstəyə müğənni özü rejissor kimi quruluş verib verib:

"Mahnı iztirab çəkən sevgililərin həyatından bəhs edir. Oxucularınıza qəribə gəlməsin,  bu klipin həm operatoru, hən rejissoru mən özüməm.

Mahnının sözləri tələb edirdi ki, əsas qəhrəman eşqdən dəli olmuş xanım olsun. Çalışdım ki, "ruhi xəstə"liyə düçar olan bir qızın  yaşadıqlarını ekranlaşdımağa müvəffəq olum. Bu obrazı çox yaxın dostum Olesya Abayeva mükəmməl aktrisa kimi canlandırdı. Klipin montaj və rənglənməsini Ceyhun Türksoya həvalə etdim və işindən çox məmnun qaldım.

Yanından ayrılmadığım  "sevgilim"in aşiqi kimi  özüm çəkilmişəm. Əminəm izləyicilər aktyor oyunumu bəyənəcəklər".

Simsar.Az olaraq ekran işinin YouTube da yerləşdirilmiş linkini oxucularımız yayımlayırıq.

Şahin Cavadsoy

Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!