26 Aprel, 2011
Ramiz Mehdiyevin kitabını oxudular, Avropaya etiraz etdilər

“Gorus-2010: absurd teatrı mövsümü” bu dəfə Gəncədə

Gəncədəki Azərbaycan Dövlət Aqrar Universitetində akademik Ramiz Mehdiyevin “Gorus-2010: abcurd teatrı mövsümü” kitabının müzakirəsi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib.

Tədbirdə YAP Gəncə Şəhər Təşkilatının sədri İsrafil İsmayılov, universitetin rektoru, professor Mirdamət Sadıqov, AMEA-nın müxbir üzvü, Gəncə Elmi Mərkəzinin direktoru Fuad Əliyev və başqaları Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin “Gorus-2010: absurd teatrı mövsümü” kitabının məziyyətlərindən danışıblar.

Qeyd olunub ki, kitab elmi əsaslara və faktlara əsaslanır, erməni riyakarlığına, Azərbaycana nifrət ab-havası yaratmağa çalışan dairələrə sarsıdıcı zərbədir. Müəllif tarixin bütün mərhələlərində böyük dövlətlərin himayəsi ilə azərbaycanlılara və türklərə qarşı soyqırımı siyasəti yeridən ermənilərin iç üzünü açmaqla yanaşı, həm də yeni faktlar üzə çıxarıb.

Yalan və böhtanı dövlət siyasətinə çevirmiş ermənilərin dünyanı qondarma soyqırımı kampaniyası ilə çaşdırmaq cəhdləri məhz akademik Ramiz Mehdiyevin bu əsərində tutarlı faktlarla və olduğu kimi təqdim edilmiş, riyakar bir millətin illərlə apardığı yalançı soyqırımı siyasətinə zərbə vurulub.

Konfransın sonunda qondarma erməni soyqırımı haqqında öz qanunverici orqanlarında zaman-zaman müzakirələr açan bir sıra Avropa ölkələrinin parlamentlərinə etiraz xarakterli müraciət qəbul edilib.

RUSLAN

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!