29 Dekabr, 2014
Bakıda 3 yaşlı uşaq yanaraq öldü - FACİƏ

Bakıda baş verən yanğında yanaraq ölən azyaşlı uşağın kimliyi məlum olub.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Ramana qəsəbəsində 1 mərtəbəli fərdi yaşayış evində baş verən yanğın 50 kv/m ərazini əhatə edib. Yanğın kəşfiyyatı zamanı mənzildən 2012-ci il təvəllüdlü Zeynəb Ümid qızı Əliyevanın yanmış meyiti aşkar edilib.

Hazırda hadisə yeri müayinə edilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!