29 Dekabr, 2014
Bakıdan Tiflisə XÜSUSİ REYS

Bu gün Bakıdan Tiflis şəhərinə (Gürcüstan) turist qatarı yola düşüb.

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Sərnişindaşıma Departamentinin rəis müavini Mədəd Şıxəmirovun Report-a verdiyi məlumata görə, saat 14:00-da yola düşən turist qatarı Tiflis şəhərinə sabah Bakı vaxtı ilə saat 04:48-də çatacaq.

Onun sözlərinə görə, 5 vaqon tərkibindən ibarət və “kupe” kateqoriyasına aid olan turist qatarı geriyə boş qayıdacağı üçün gediş haqqı 50 manat təşkil edir.

"Yanvarın 3-də geri dönəcək turist qatarı 8 vaqon tərkibindən ibarət olacaq. Çünki sabah, dekabrın 30-da Bakıdan Tiflisə üç turist vaqonunda yola düşəcək sərnişinlər də yanvarın 3-də Bakıya qayıdacaqlar. Bu gün saat 20:30-da yola düşəcək Bakı-Tbilisi qatarı 15 vaqondan, dekabrın 30-da yola düşən qatar isə 18 vaqon tərkibindən ibarət olacaq. Yanvarın 3-də geri dönəcək turist qatarı Bakı vaxtı ilə saat 22:00-da yola düşəcək və yanvarın 4-də saat 12:50-də Bakıya çatacaq", - M.Şıxəmirov bildirib.

Qeyd edək ki, 180 sərnişin aparacaq turist qatarı yolda yalnız texniki məqsədlər (briqada dəyişmələri və s.) üçün dayanacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!