29 Dekabr, 2014
Torres “Atletiko”da - Rəsmi

“Milan”ın hücumçusu Fernando Torres yenidən vətəni İspaniyaya qayıdıb. Apasport.az saytı xəbər verir ki, İspaniya millisinin forvardı sabiq komandası “Atletiko” ilə anlaşıb.

Klublar arasında razılığa görə, Torres “Atletiko”da icarə əsasında çıxış edəcək. Belə ki, “Atletiko” futbolçunu 1,5 illik icarəyə götürüb.

Qeyd edək ki, karyerasına məhz “Atletiko”da başlayan Torres 2007-ci ildə bu klubu tərk edib və növbə ilə “Liverpul”, “Çelsi” və “Milan”da çıxış edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!