29 Dekabr, 2014
Bakıda içərisində pul olan seyf oğurlandı

Bakı şəhərində mağazadan içərisində külli miqdarda pul olan seyf oğurlanıb. Simsar.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, paytaxtın Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 25-də Novruz Bayramova məxsus mağazadan içərisində 21070 manat olan seyfi oğurlayan Bakı şəhər sakini Elçin Əhmədov tutulub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!