29 Dekabr, 2014
Çin Koreya və Amerikadan sonra “ağıllı qumbaraatan” hazırladı – FOTO

Cənubi Koreya və ABŞ-dan sonra Çin də airbust tüfəngi silahlanmaya qəbul edib. Bu barədə “AzeriDefence” xarici hərbi mediaya istinadən məlumat verib.

ZH-05 hücum tüfəngi Ədən körfəzində piratlara qarşı əməliyyatlarda iştirak edən Çin dəniz piyadaları tərəfindən sınaqdan çıxarılıb və özünü doğruldub.

Böyük atəş sıxlığına malik hücum tüfəngi eyni zamanda proqramlaşdırılan çoxməqsədli 20 mm çaplı qumbaraatan, həmçinin qumbaraların hədəf üzərində partladılmasını təmin edən kompüter sistemi ilə təchiz olunub.

Zahiri görünüşcə ZH-05 Koreyanın K-11, Amerikanın XM-29 ağıllı qumbaraatanına bənzəyir. Çəkisi cəmi 5 kq təşkil edən ZH-05 Koreyanın K-11 tüfəngindən 2 kq yüngüldür. Qumbaraatanın atış məsafəsi 700 metr təşkil edir.

Tüfəng lazer məsafəölçən və rəqəmsal kamera ilə təchiz edilib. Operator müəyyən məsafədə partlaması üçün qumbaranı proqramlaşdıra bilər. Tüfəngin təsirini artırmaq üçün 3 növ qumbara yaradılıb.

Qeyd edək ki, ZH-05 tüfənginin hazırlamasına 2010-cu ildə başlanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!