29 Dekabr, 2014
İlin ən pis memarlıq nümunələri seçilib - FOTOLAR

Dünyanın məşhur memarı Ellis Vudmən bu ilin ən uğursuz memarlıq nümunələrini seçib.

“Ən Pislər” siyahısına birincilik edən, Şotlandiyada yerləşən Qlasqov adlı məktəbin gözlənilmədən yanmasından sonrakı vəziyyəti oldu.

Temza çayı üzərində yerləşən, elə onun adını daşıyan asma körpü də ilin ən uğursuz arxitektura nümunələri arasındadır. Bu körpü üçün 175 milyon xərclənib. Hər il isə tələb olunacaq əlavə xərc nə az, nə çox 3,5 milyon olacaq.

Digər tikili isə Londonda yerləşən “The Walkie-Talkie” adlanan göydələndir ki, bunun da çatışmayan cəhəti binanın qarşısında dayanan avtomobillərə zərər verməsidir. Belə ki, deyilənə görə, hündürmərtəbəli göydələn günəş şüasını geriyə, maşınların üzərinə qaytarır ki, bu da daha çox yayda problem yaradır.

Mançestrda yerləşən “Library Walk Closure”də bu siyahıdadır. Buna səbəb isə arxitektura nümunəsinin Mançestrın ən qədim obyektlərinin ətrafında yerləşməsi və ölkə arkitekturasına zərər verməsi olub.

Nigar Məhərrəm

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!