29 Dekabr, 2014
Naməlum kişi Qız Qalasından özünü atdı

Bakıda intihar hadisəsi baş verib. Səbail Rayon Polis İdarəsindən Simsar.az-a verilən məlumata görə, hadisə bu gün səhər saatlarında  Qız Qalasında baş verib.

Naməlum kişi Qız Qalasından özünü atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib.

Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!