29 Dekabr, 2014
Daşkənddə azərbaycanlılar bir yerə toplaşdı

Özbəkistandakı səfirliyimiz və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycan diaspora təşkilatının birgə təşkilatçılığı ilə Daşkənddə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə mərasim keçirib.

Simsar.Az xəbər verir ki, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən mərasimdə səfirliyin əməkdaşları, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Həmrəyilk Günü və qarşıdan gələn Yeni il bayramı münasibətilə salona toplaşanları təbrik edib, bu bayramın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.

Özbəkistanın Beynəlmiləl Mədəniyyət Mərkəzinin direktoru Nəsrəddin Məhəmmədiyev, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov və başqaları bütün dünyada yaşayan azərbaycanlıların təşkilatlanması işində bu bayramın əhəmiyyəti haqqında söhbət açıblar.
Daha sonra Azərbaycan diaspora təşkilatı və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti adından səfir Hüseyn Quliyevə, Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasova və bu qurumların aktiv üzvlərinə fəxri fərmanlar təqdim olunub.
Rəsmi hissədən sonra mərasim iştirakçılarına ziyafət verilmiş, Azərbaycan musiqisindəın ibarət konsert proqramı təqdim olunub. Tədbirdə bir sıra müğənnilər Azərbaycan mahnılarını ifa ediblər.

Nigar

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!