29 Dekabr, 2014
İnfo-turların sayı açıqlandı

Xarici turizm şirkətləri, media nümayəndələri üçün info-tur, press-turlar keçirilib.

Simsar.Az xəbər verir ki, Azərbaycanın turizm potensialının gəlmə turizmi baxımından prioritet sayılan ölkələrdə təbliğ olunması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən info-tur və press-turlar keçirilir. Bu ilin  müxtəlif vaxtlarında Qazaxıstan, Rusiya, ABŞ, Almaniya, İspaniya  turizm şirkətləri  və media nümayəndələri üçün Azərbaycana səfərlər təşkil edilib.
İl ərzində keçirilən info-tur və press-turlarda cəmi 27 turizm şirkətindən 29 nəfər və 17 KİV-dən 22 nəfər təmsil olunub.
Ümumilikdə keçirilən info-tur və press-tur müvafiq ölkələrdə fəaliyyət göstərən turizm şirkətləri və Azərbaycan turizm şirkətləri arasında əlaqələrin qurulması, xarici turizm şirkətləri tərəfindən ölkəmizə turların satışının təmin edilməsi və təbliğat kampaniyalarının təşkili baxımından əhəmiyyətlidir.
Nigar Məhərrəm

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!