29 Dekabr, 2014
Adriatik dənizi qana bulandı – Video - FOTO

Adriatik dənizində 2 faciəli hadisə baş verib.

Simsar.az xəbər verir ki, Yunanıstanın Korfu adası yaxınlığında bir bərədə yanğın olub. Həmçinin İtaliyanın Ravenna sahillərində də Türkiyəyə məxsus gəmi batıb.

Yunanıstanın Patra limanından 422 sərnişin, 56 heyyət üzvü və 200-ə yaxın avtomobillə İtaliyanın Ancona limanına gedən “Norman Atlantic” bərəsində saat 02:00 radələrində yanğın başlayıb. Xilasedicilər 190 nəfərin həyatını qutara biliblər. Şiddətli külək xilasetmə işlərini çətinləşdirib. Hazırda içlərində uşaqların, qadınarın, yaşlıların da olduğu yüzlərlə insan xilas edilmələrini gözləyir.

Artıq hadisə yerindən bir sərnişinin cəsədi tapılıb. Gəminin dayanacaq bölümündə başqa cəsədlərin də ola biləcəyi bildirilir.

İtaliyanın Ravenna limanı yaxınlığında isə 07:30 radələrində “Gökbel” adlı Türkiyəyə məxsus yük gəmisi ilə başqa bir karqo gəmisi toqquşub. Qəzadan sonra Türkiyəyə məxsus gəmi batıb. Hadisə yerindən 2 nəfərin cəsədi tapılıb, 5 nəfər isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. 4 nəfər isə axtarışları davam edir.

Vüsal Qarayev



Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!