26 Aprel, 2011
Dinc sakin minaya düşdü

Onu duman çaşdırıb

Goranboy rayonunun Tapqaraqoyunlu kəndində yerli sakin yaxınlıqdakı təmas xəttində minaya düşərək həlak olub. Kənd sakinlərinin APA-nın Qarabağ bürosuna verdiyi məlumata görə, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinin yaxınlığında mal-qara otaran 1976-cı il təvəllüdlü Şaban Əhmədov dumanda azaraq neytral əraziyə daxil olub və piyada əleyhinə minaya düşüb. O, hadisə yerindəcə keçinib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!