26 Aprel, 2011
Nazirlə görüş növbəsi gəncəlilərindi

Ramil Usubov başqa bölgələrin də əhalisinin hüquqi problemlərini dinləyəcək

Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən may ayının 5-də Gəncə şəhərində daxili işlər orqanları əməkdaşlarının fəaliyyəti ilə bağlı ölkə vətəndaşlarının qəbulu keçiriləcək. Bu barədə Trend-ə DİN mətbuat xidmətindən məlumat verilib.

Nazir Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz və Qazax sakinlərini qəbul edəcək.

Vətəndaşların qəbulu siyahıda birinci göstərilən şəhər polis şöbəsində keçiriləcək. Qəbul saat 11:00-da başlayacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!