26 Aprel, 2011
Tələbələr ən ağır imtahan yükündən azad olur

Eksperimentə Dillər Universitetindən start verildi

Azərbaycan Dillər Universitetində dövlət imtahanları ləğv edilib. Eksperiment xarakteri dayışan yeni sistem Təhsil Nazirliyi tərəfindən hələlik yalnız bu ali məktəbə şamil edilib. 

Universitetin rektoru Səməd Seyidovun dediyinə görə, dövlət imtahanlarının ləğvi “Boloniya sistemi”nin prinsiplərinə uyğundur. Onun sözlərinə görə, insanlar bakalavr adını almaq üçün dünyada, xüsusilə də Avropada 140, 170, 240 arasında kreditlər əldə edir: “Bu kreditləri əldə edən şəxs təhsilinin sonunda bakalavr adına layiq görülməlidir. Bunun əlavə hansısa dövlət imtahanı adı altında imtahan keçirmək zərurəti yoxdur”.

Rektor deyib ki, onların atdıqları addım ciddi təhlil olunacaq: “Bu məsələ həm Təhsil Nazirliyində, həm də universitetlərin ictimaiyyəti daxilində təhlil olunacaq. Bunun nə dərəcədə düzgün olub-olmadığı ilə bağlı və gələcək addımlara nə dərəcədə təsir edə biləcək məsələlər çox ciddi müzakirə olunacaq”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!