25 Aprel, 2011
Təhsil Nazirliyində "pulu hara xərcləmisiz" yoxlaması

Hesablama Palatası fəaliyyətini sürətləndirir

Hesablama Palatası Təhsil Nazirliyinə və “Azərlotereya” ASC-nin ayrılan vəsaitlərin təyinatı istifadəsini yoxlayacaq. 

Palatadan Simsar.az -a verilən məlumata görə, bu barədə qurumun növbəti Kollegiya iclasında qərar qəbul olunub. Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Təhsil bölməsi üzrə Təhsil Nazirliyinə (o cümlədən, məktəbdənkənar müəssisələrə, internatlara, xüsusi rejimli internatlara, uşaq evlərinə və digər təhsil müəssisələrinə) ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə və “Azərlotereya” ASC tərəfindən lotereyaların təşkili və keçirilməsi, emissiya edilən lotereyaların həcmi, strukturu, satışı və əldə edilən vəsaitlərin təyinatı üzrə istifadəsinə dair Audit proqramları təsdiq edilib.

Həmçinin, iclasda Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi üzrə audit tədbirinin nəticələri barədə Hesabat və Rəy müzakirə edilərək təsdiq olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!