25 Dekabr, 2014
Prezident baş nazirlə qolf oynadı - Foto

Havay adalarında səfərdə olan ABŞ Prezidenti Barak Obama Malayziya Baş naziri Mohammad Najiblə qolf oynayıb.

Simsar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, matç əsnasında tərəflər arasında əlaqələrin inkişaf etdirilməsi müzakirə olunub.

Qeyd edək ki, bu, ABŞ prezidentinin Havay adalarında siyasi liderlərlə oynadığı ilk qolf matçı deyil. Obama bundan öncə 2013-cü ildə Yeni Zelandiyanın Baş naziri Con Kiy ilə qolf oynamışdı.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!