25 Dekabr, 2014
“Yalquzaq” snayper tüfəngi zavod sınaqlarını keçdi

Müdafiə Sənayesi Nazirliyi (MSN) “Yalquzaq” snayper tüfənginin zavod sınaqlarını yekunlaşdırıb. “AzeriDefence”nin xəbərinə görə, bu barədə müdafiə sənayesi naziri Yavər Camalov məlumat verib.

14:13 23-12-2014: 7.62x51 mm (.308 Win) NATO kalibrli patronlardan istifadə edən Azərbaycanın bu ilk snayper tüfəngi sınaqlarda müsbət nəticələr göstərib.

Qeyri-avtomatik prinsipdə işləyən “Yalquzaq”da atəş zamanı nişanalma əməliyyatını rahatlaşdırmaq üçün yığılan qundağın konstruksiyasında qalxma hündürlüyü nizamlanan yanaq və arxalıq nəzərdə tutulub. Qundağın konstruksiyası onun sol tərəfə yığılmasını və uzunluğunun dəyişməsinə imkan verir. Silaha bütün növ optik və gecə görmə nişangahları qurmaq mümkündür. Nişangah məsafəsi 1000 metr təşkil edən “Yalquzağ”ın çəkisi boş halda 7,2 kq təşkil edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!