25 Dekabr, 2014
ABŞ raketlərinin avadanlığını Türkiyə şirkəti istehsal edəcək

Amerikanın “Patriot” raketlərinin kontrol avadanlığını Türkiyənin ROKETSAN şirkəti istehsal edəcək.

ROKETSAN şirkətinin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, dekabrın 17-də “Patriot CAS” sistemində iştirakla bağlı ROKETSAN və “Raytheon Integrated Defense Systems” şirkəti arasında müqavilə imzalanıb. Müqavilə çərçivəsində “Patriot GEM–T” zenit-raketinin kontrol avadanlığı ROKETSAN tərəfindən istehsal olunacaq.

Müqaviləni “Raytheon Integrated Defense Systems” şirkətinin proqramlar müdirinin müavini Ralph Acaba və ROKETSAN tərəfindən İdarə Heyəti sədrinin müavini Zafer Çamlıca və baş direktor Səlcuq Yaşar imzalayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!